Ölkə futbolu

Marko Deviç: “90 faiz oyunçu, 10 faiz məşqçiyəm”

“Sabah” komandasının futbolçusu Marko Deviç Ukrayna mətbuatına müsahibə verib. O, Azərbaycandakı karyerası və gələcəkdəki məşqçilik planı ilə bağlı danışıb:

“Mən hazırda futbolçuyam. Ancaq məşqçilik barəsində hər zaman düşünmüşəm. Hazırda 90 faiz oyunçu, 10 faiz məşqçiyəm. Hər zaman deyirlər ki, böyük futbolçudan yaxşı məşqçi olmur. Ancaq mənim belə bir dərdim yoxdur. Çünki mən böyük futbolçu ola bilməmişəm. Təbii ki, bu, zarafatdır. Düşünürəm ki, məşqçilik çox ciddi və məliyyətli peşədir. Özümü bu işə yavaş-yavaş hazırlayıram. Birdən-birə böyük komandada baş məşqçi kimi çalışa bilmərəm. Bir müddət köməkçi məşqçi kimi çalışıb daha sonra bu barədə düşünərəm.

Bəzən insanlar Azərbaycana pul üçün gəldiyimi sanırlar. Ancaq bu belə deyil. Mən bura gəlməmişdən öncə də kifayət qədər pul qazanmışam. Hazırda burda özümü xoşbəxt hiss edirəm. Ancaq karyeramı başa vurmaq fikrində olsam son illərimi Ukraynada keçirmək istəyərəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43