Kateqoriyasız

Marko Deviç: “Sabah”a keçidimdə maliyyə əsas rol oynamadı”


FutbolPress


“Sabah”ın ukraynalı futbolçusu Marko Deviç ölkəsinin mətbuatına açıqlama verib. O, Bakı klubuna gəlişinin səbəbini açıqlayıb:

“Azərbaycan çempionatında ən böyük rəqiblər “Qarabağ”la “Neftçi”di. “Neftçi” ilə son oyunumuza 1000 azarkeş gəlmişdi. “Sabah” yeni yaranmış komandadı. Azərbaycan futbolunda infrastruktur yaxşı səviyyədədi. Bura gəlməzdən əvvəl klub prezidenti ilə söhbətimdə də fikirlərinin ciddi olduğunu gördüm. Yəni burda maliyyə əsas rol oynamadı. Bildirdim ki, hələ 2 il oynamaq istəyirəm, o da mənə 2 illik müqavilə təklif etdi. Hər şey ürəyimcə oldu. Hələ ki, özümdə oynamağa güc hiss edirəm. Başqa variantlar da var idi. Ukraynada “Çernomorets”dən təklif almışdım. Amma yeni təcrübə, həyəcan üçün Bakıya gəlməyi seçdim”.

Təcrübəli hücumçu Bakı haqda müsbət fikirlər səsləndirib, “Sabah”dakı qazancından söz açıb: “Bakıda hava dəyişkən olur. Gah isti keçir, gah da soyuq. Maraqlı şəhərdi. Həm yaşamaq, həm də futbol oynamaq üçün əlverişlidi. Çempionatda demək olar ki, bütün komandalar Bakıda məskunlaşır. Hansısa səfər oyununa təyyarə ilə getməyə ehtiyac olmur. O ki qaldı məvacibimə, “Volın”dakı qazancımdan bir az çox alıram. Üstəlik, mükafatlar da olur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43