Avroliqanın pley-off mərhələsində “Neftçi”yə rəqib olan “Partizan” klubunun baş məşqçisi klubun maliyyə sıxıntısı barədə danışıb.
İdmanxeber.com-un məlumatına görə, Marko Nikoliç klubu belə hədələyib:
“Komandamızda maliyyə problemləri var. Futbolçular arasında çox pis əvhal-ruhiyyə hökm sürür. Onlar pullarını almadıqları üçün, məşqlərə çıxmırlar. Bəzi futbolçularımız artıq komandanı tərk eləmək istəyirlər. Onların getməsinə icazə verməməliyik. Klub bizə olan borclarını ödəmədiyi təqdirdə, “Neftçi” ilə oyunlar əhəmiyyətsiz olacaq”.