20 Sentyabr 2024
Dünya futbolu

Marko Roysun növbəti adresi Türkiyə ola bilər

Marko Roysun mövsümün sonunda Dortmund “Borussiya”sından ayrılacağı gözlənilir.

İdmanxeber.az Almaniya mətbuatına əsasən xəbər verir ki, türk komandaları təcrübəli oyunçuyla yaxından maraqlanır. Həmçinin MLS klubları da 34 yaşlı oyunçunun vəziyyətini yaxından izləyir.

Roys 2012-ci ildən “Borussiya”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 28 oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43