“Mançetser Yunayted”in hücumçusu Markus Reşford Avropa Liqasının 1\8 final mərhələsində “Betis”lə oyunda komandasının qələbə qolunu vurub.
İdmanxeber.az-ın məlumatına görə, bu qol ingiltərəli oyunçu üçün əlamətdar olub. Belə ki, Reşford İspaniya təmsilçisinə qarşı fərqlənməklə Mançester klubu ilə avrokuboklarda 25-ci qolunu vurub.
O, bu göstərici ilə Kristiano Ronaldonu geridə qoyub. Portuqaliyalı bu günə qədər “Mançester Yunayted”də avrokubok oyunlarında 24 dəfə adını tabloya yazdıra bilmişdi.
Klub tarixinin avrokubok oyunlarında ən çox qol vuran futbolçusu isə Ueyn Runidir. İngiltərəli hücumçunun aktivində 39 qol var.
Reşford cari mövsüm “Mançester Yunayted”in heyətində 43 matçda 27 qol vurub.