Dünya futbolu

Marsel Keyzer: “Belə bir nəticə gözləmirdim”

Avroliqanın qrup mərhələsinin V turuna start verilir

İdmanxeber.az-ın məlumatına görə, “Sportinq” Bakıda “Qarabağ”ın qonağı olub. Oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Marsel Keyzer jurnalistlərin suallarını cavablandırıb.

-Oyunla bağlı nə deyə bilərsiniz ?

-Oyuna çox yaxşı başladıq. Öndə pressinqlə başladıq. “Qarabağ”ın oyununu çox bəyənirəm. Belə bir nəticə gözləmirdik.

-Komandanızın çıxışını 0-10 arası qiymətləndirsəniz, neçə verərsiniz ?

-Bu gün onlar çox yaxşı oynadı. Mən komandama 7-8 arası bal verərdim. Təbii ki, onların oyunundan razı qaldım. Ancaq daha da yaxşı olacayıq. Bunun üçün zamana ehtiyacımız var.  Əsas olan mövsüm boyu bu oyunu oynaya bilməkdir.

-Az öncə komandanızın daha da yaxşı olacağını dediniz. Konkret hansı mövqeni nəzərdə tutursunuz ?

-Ən əsas topu necə istifadə edəcəyimizi nəzərdə tuturam. İki həftəyə görə çıxışımız çox yaxşıdır. Boş zonalarda topla daha düzgün rəftar etməliyik. Pressinqlə oynamaq hər zaman faydalı olur.

-Bəlkə 6 aydan sonra yenidən gəldiniz. Stadionla bağlı nə deyə bilərsiniz ?

-Mən çox uzağı düşünmək istəmirəm. Stadionla bağlı onu deyim ki, hər şey çox yaxşı idi.

-“Qarabağ”ı bəyəndiyinizi dediniz. Maraqlıdır bu oyunda komandanın hansı tərəfini bəyəndiniz ?

-İlk hissədə rəqib bizə kifayət qədər təhlükə yaratdı. Topun cinahını çox tez dəyişirdilər. Fasilədə bunu müzakirə etdik. Oyunçularıma çox diqqətli olmalarını bildirdim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43