Kateqoriyasız

“Marsel” – “Qarabağ” oyununa azarkeş məhdudiyyəti?

Fransa hökuməti 2022-ci il yanvarın 3-dən idman tədbirlərinə məhdudiyyətlər tətbiq edəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu səbəbdən də Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” – “Qarabağ” matçını da məhdud sayda azarkeş izləyə bilər.

Qərara əsasən, qapalı məkanlarda 2000 nəfərdən, açıq havada isə 5000 nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir.

“Marsel – “Qarabağ” oyunu fevralın 17-də “Velodrom” stadionunda olacaq. Cavab görüşü isə fevralın 24-də Bakıda təşkil ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43