“Arsenal”ın və Norveç millisinin yarımmüdafiəçisi Martin Odeqardın yaşıl meydanlara qayıdacağı vaxt bəlli olub
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu sentyabrın 9-da Millətlər Liqasının qrup mərhələsinin Avstriya ilə 2-ci tur matçında (2:1) zədələnmişdi. O, dekabra qədər meydanlara qayıda bilməyəcək.
Bu mövsüm Odeqard “Arsenal”ın heyətində 3 oyun keçirib və qol vurmayıb. Onun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.