Hazırda davam edən Premyer Liqanın 35-ci turunun “Sabah” – “Sumqayıt” matçında gərginlik artmaqdadı.
İdmanxeber.az-ın məlumatına görə, qonaqların baş məşqçisi Samir Abasovun hakimə sərt etirazı sonucda onun sarı vərəqə ilə cəzalandırilması ilə nəticələnib. Oyunun baş hakimi İnqilab Məmmədov Abasova eyni hal təkrarlanacağı təqdirdə onu tribunaya göndərəcəyini bildirib.