Xuan Mata bu il 2-ci dəfə çempionluq sevinci yaşayıb.
İdmanxeber.az-ın məlumatına görə, mayda “Qalatasaray”la bunu edən ispaniyalı pleymeyker bu dəfə Yaponiyada eyni sevinci yaşayıb.
35 yaşlı futbolçunun formasını geyindiyi “Vissel Kobe” tarixində ilk dəfə çempion olub.
Sentyabrda azad agent kimi Yaponiya klubuna qoşulan Mata 1 oyunda cəmi 10 dəqiqə meydanda olub.