Meyson Maunt “Çelsi”dən maaşının üç dəfə artırılmasını istəyir.
İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli futbolçu müqavilənin uzadılması ilə bağlı müzakirələri davam etdirir. Onun klubu ilə hazırkı sözləşməsi 2024-cü ilə qədərdir.
Maunt maaşının 15 milyon avro olmasını tələb edir. Rəhbərlik bu məbləğlə razılşamasa da, oyunçu ilə danışıqlara davam edir.
24 yaşlı futbolçu hazırda illik 5 milyon avro əmək haqqı alır.
Maunt bu mövsüm Premyer Liqada 24 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.