Mauritsio Sarri yeni mövsümdən “Milan”ın baş məşqçisi ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik italiyalı mütəxəssisi komandanın başına gətirmək istəyir. Hazırda “Milan”ın baş məşqçi postunu portuqaliyalı mütəxəssis Serjio Konseysao tutur.
“Milan” A Seriyasında 7-ci yerdə qərarlaşıb. İtaliya klubu Çempionlar Liqasında “Feyenoord”a məğlub olaraq, turnirlə vidalaşıb.