23 Sentyabr 2024
Dünya futbolu

“Mbappe burada olmayacaq”

PSJ ötən gecə Çempionlar Liqasında səfərdə “Real Sosyedad”ı məğlub edərək 1/4 finala yüksəldi.

İdmanxeber.az-ın məlumatına görə, Paris klubuna qələbəni gətirən qolları isə Mbappe vurub. Komandanın baş məşqçisi Luis Enrike fransalı forvardın gələcəyi barədə danışıb:

”Aydın görünür ki, Mbappenin gələcəyi burda deyil. Ona görə də biz başqa oyunçularla oynamağa öyrəşməliyik”.

25 yaşlı hücumçunun yayda azad agent kimi “Real”a keçəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43