“Monako”nun futbolçusu Kilian Mbappe Çempionlar Liqasında ilkə imza atıb.
İdmanxeber.com-un məlumatına görə, 19 yaşlı futbolçu ÇL-nin 1/4 final mərhələsinin ilk oyununda “Borussiya”ya qarşı matçda dubl edərək qitənin ən nüfuzlu klub turnirinin pley-of mərhələsində 4 qol vuran ən gənc oyunçu olub.
Fransalı hücumçu daha əvvəl 1/8 final mərhələsinin “Mançester Siti” ilə hər iki oyununda bir dəfə fərqlənmişdi.
Qeyd edək ki, Fransa millisinin üzvü 2015-ci ildən “Monako”da çıxış edir.