“Real”ın hücumçusu Kilian Mbappe PSJ-nin maaş və mükafatlarını ödəməməsi ilə bağlı Fransa Peşəkar Futbol Liqasının (LFP) intizam komitəsinə müraciət edib.
İdmanxeber.az-ın məlumatına görə, Mbappenin şikayəti üzrə dinləmə dekabrın 11-də baş tutacaq. Xatırladaq ki, klub keçmiş hücumçusuna 55 milyon avronu ödəməkdən imtina edib.
Ötən yay Mbappe azad agent kimi “Real” keçib.