18 Oktyabr 2024
Dünya futbolu

Mbappe qərarını verdi – “Real”, yoxsa PSJ?

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubundakı gələcəyi ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumata görə, 25 yaşlı futbolçu Paris klubu ilə müqaviləsini yeniləməyəcək və yayda klubu tərk edəcək. Daha əvvəl mətbuat “Real”ın fransalı hücumçu ilə artıq tam razılığa gəldiyini bildirib.

Bu mövsüm Mbappe PSJ-nin heyətində 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun parislilərlə müqaviləsi mövsümün sonunda başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43