22 Sentyabr 2024
Dünya futbolu

Mbappe “Real” ilə razılığa gəlib

Kilian Mbappenin gələn mövsüm hansı komandada oynayacağı sualına aydınlıq gəlmək üzrədir.

İdmanxeber.az “MARCA”ya istinadən xəbər verir ki, “Real” fransalı forvardla 5 illik müqavilə imzalayacaq. İspaniya mediası bu transferin gerçəkləşməməyi üçün heç bir problem görmür.

Xatırladaq ki, Mbappe ötən həftə PSJ rəhbərliyinə mövsümün sonunda müqaviləsini yeniləməyəcəyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43