PSJ-nin hücumçusu Kilian Mbappe gələcəyi ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu 2024-cü ilin yayına qədər Paris klubunda qalmağı planlaşdırır. O, qərarı ilə bağlı PSJ-nin prezidenti Nasser Al-Xelaifiyə məlumat verib.
Daha əvvəl “Le Parisien” xəbər vermişdi ki, funksioner futbolçunun ona xəyanət etdiyini düşünərək Mbappenin klubun əsas komandasına qayıtmasının əleyhinədir.
24 yaşlı futbolçu 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. 2022/23 mövsümündə hücumçu komandanın heyətində bütün yarışlarda 43 matçda 41 qol vurub və 10 məhsuldar ötürmə edib. Portal Transfermarkt oyunçunu 180 milyon avro qiymətləndirir.