Kilian Mbapenin qardaşı Etan Mbappe PSJ-də debüt edib
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi Liqa 1-in 17-ci turunda “Mets”lə (3:1) matçının 90+2-ci dəqiqəsində meydana daxil olub. 16 yaşlı Mbappe ilk görüşünü belə şərh edib:
“Pak de Prens”də azarkeşlər qarşısında debüt etmək çox xoşdur. Çox xoşbəxtəm. Ümid edirəm ki, daha çox oynayacam olacaq. Bu, qardaşım üçün yaxşı hədiyyədir. O, iki yaxşı qol vurdu, buna görə də xoşbəxt olacağını düşünürəm”.
PSJ-nin 40 xalı var və ilk turdan sonra Liqa 1-in turnir cədvəlinə başçılıq edir.