Ölkə futbolu

Mbillanın vəziyyətində qeyri-müəyyənlik

Antalyanın Bələk bölgəsində qış təlim məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” dünən səhər məşqinə çıxıb. Türkiyə Superliqasında çıxış edən “Gənclərbirliyi” ilə keçirilən ikinci sınaq oyununda 0:2 hesabı ilə məğlub olan komanda matç sonrası istirahət etmədən hazırlığını sürdürür. Axşam daha bir məşq keçirəcək komandanın heyətində zədəli futbolçular siyahısında olan Adrian Pits artıq komanda ilə birgə məşqlərə qoşulub. Dünən ayağından zədə alan Etame Mbillanın  isə maqnit-rezonans müayinəsindən sonra vəziyyətinə aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43