İdman

Media Komitəsinin növbəti iclası keçirildi, Elxan Məmmədov söz verdi

Dekabrın 19-da AFFA yanında Media Komitəsinin İdarə Heyətinin üzvlərindən Mahir Rüstəmli, Vüqar Zeynalov, İlqar Tağıyev və Elmir Əliyev AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüblər. 

İdmanxeber.com-un məlumatına görə, Komitənin AFFA ilə əlaqələndiricisi Firuz Abdullanın da iştirak etdiyi görüşdə AFFA yanında Media Komitəsinin fəaliyyəti, üzləşdiyi müəyyən problemlər, idman medaiasının durumu, görüləcək işlər, o cümlədən dil kursları və layihələrlə bağlı məsələlər müzakirə olunub. AFFA-nın baş katibi Elxan Məmmədov Media Komitəsinin fəaliyyətini davam etdirməsinin idman mətbuatının işinə və formalaşmasına müsbət təsir göstərdiyini vurğulayıb və gələcəkdə komitəyə dəstək olacaqlarını bildirib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43