Ölkə futbolu

Medinanın avtomobilinə zərər vuruldu: “Ailəm maşında ola bilərdi” – FOTO

“Qarabağ”ın futbolçusu Kevin Medinanın avtomobilinə naməlum şəxslər ziyan vurub.

İdmanxeber.az-ın məlumatına görə, hadisə dünən axşam “Neftçi” ilə görüşdən sonra baş verib. Kolumbiyalı futbolçu bu barədə “instagram” hesabından paylaşım edib:

“Bu mənim maşınımın oyundan sonrakı vəziyyətidir. İnsanların belə hallarda ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Ailəm maşında ola bilərdi və bu mənim üçün təhlükəli hal idi. Öz adımdan xahiş edirəm ki, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43