Kateqoriyasız

Medvedev “Arsenal”la oyun haqda: “…o qədər də əhəmiyyət daşımır”

“Arsenal”ı xüsusi təqdim etməyə ehtiyac yoxdu”. İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Maksim Medvedev  Avropa Liqasının qrup mVI ərhələsinin turunda “Arsenal”la keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli müdafiəçi Londondakı bugünkü matçın formal xarakter daşımasına baxmayaraq, 90 dəqiqə ən yaxşı oyunlarını sərgiləməyə çalışacaqlarını bildirib: “Bu görüş nəticə baxımından ola bilər ki, o qədər də əhəmiyyət daşımır. Buna baxmayaraq, çalışacağaq ki, meydana çıxıb, əlimizdən gələnin ən yaxşısını edək. Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir”.

Qeyd edək ki, “Emirates” stadionunda keçiriləcək “Arsenal” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanayaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43