Milli komanda

Məhəmməd Mirzəbəyov: “Bizi çətin oyun gözləyir”

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan Çexiyanın qonağı olacaq.

İdmanxeber.com xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Məhəmməd Mirzəbəyov oyunöncəsi mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:


"Bizi çətin oyun gözləyir. Çexiyanın güclü komanda olduğunu bilirik. Bu komanda həmişə güclü olub. Çexiya millisi pressinqi yaxşı bacarır. Sabahkı oyunda əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43