26 Dekabr 2024
Kateqoriyasız

Məhkəmədə “Qəbələ”yə qalib gəldi, pulunu aldı

Bir müddət öncə ispaniyalı məşqçi Luis Araqonun “Qəbələ”nin əvəzedici komandasında işlədiyi müddətdə 8 aylıq maaşını ala bilməməsi barədə mətbuatda məlumatlar dərc olunmuşdu. Onun hətta FİFA-ya şikayət etdiyi də deyilirdi.

İdmanxeber.com-un məlumatına görə, artıq bu proses yekunlaşıb. Araqon əyalət klubundan ali futbol qurumuna şikayət edib və məhkəmədə qalib gəlib. Bu barədə məşqçi özü saytımıza açıqlamasında məlumat verib: “FİFA-ya şikayət etdim və məhkəmədə qalib gəldim. Proses dekabr ayında yekunlaşıb. FİFA onlara xəbərdarlıq edib və pulların ödənilməsini tələb edib. Mən onlardan pulumu aldım. “Qəbələ” böyük klubdur. Amma orda pis insanlar var. Onlar vəziyyəti bu yerə gətiriblər”(“Qafqazinfo”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43