"Xəzər Lənkəran"ın yeni baş məşqçisi olacaq Mustafa Dənizlinin müsahibəsi.
– "Xəzər Lənkəran"ın yeni baş məşqçisi olacağınız gözlənilir. İlk öncə bu haqda fikirlərinizi bilmək istərdik.
– Bəli, "Xəzər Lənkəran"dan təklif almışam. Hazırda danışıqlarımız gedir. 3-4 gün əvvəl mənimlə təmas qurdular. İndi də müzakirələr aparılır. Xeyirlisi nəysə o olsun.
– Bizdə olan məlumata görə, artıq razılığa gəlmisiniz…
– Dediyim kimi, danışıqlar gedir. Qarşıdakı günlərdə Azərbaycana gələcəyəm.
– Səfəriniz nə vaxta planlaşdırılır?
– Bir azdan "Xəzər Lənkəran"ın nümayəndələri ilə yenidən görüşəcəyik. Həmin görüşdə nə zaman ölkənizə gələcəyim bəlli olacaq. Yəqin ki, 2 gün ərzində Azərbaycana səfər edəcəyəm.
– "Xəzər Lənkəran" haqda hansı məlumatlarınız var?
– Komanda haqda informasiyam var. Son oyuna baxmışam ("Bakı" ilə oyunu nəzərdə tutur-red.) Bilirəm ki, komandanın durumu heç də yaxşı deyil.
– Həqiqətən də "Xəzər Lənkəran"ın hazırda tutduğu mövqe adına layiq deyil. Sizcə, komandanı bu çətin vəziyyətdən çıxara biləcəksiniz?
– İndidən bu haqda danışmaq istəmirəm.
– Sizdən əvvəl komandanı kimin çalışdırdığını da bilirsiniz?
– Hə, Con Toşak komandanı çalışdırırdı. Amma deyəsən, işləri yaxşı getməyib.
– Komanda üzvlərindən kimisə tanıyırsınız?
– 1-2 futbolçunu tanıyıram. Etame Mbillanın adını çəkə bilərəm. Hansı ki əvvəl "Adanaspor"da forma geyib.
– Azərbaycan futbolu haqda hansı məlumatlarınız var?
– Məlumatlarım ümumidir. Məsələn, millinin oyunlarından əvvəl müzakirələrimiz olurdu. Bundan başqa Azərbaycanda olan dostlarım var. Onlarla da arada əlaqə saxlayırıq.
– Bir neçə gün əvvəl adınız "Qalatasaray"la da yanaşı hallanırdı. İstanbul klubunun meneceri olacağınız deyilirdi…
– Yaxşı olar ki, o haqda ümumiyyətlə danışmayaq (gülür).
futbolxeber.az