Dünya futbolu

Məhşur futbolçudan şok qərar

“Vest Bromviç”in ötən ay heyətinə qatdığı Nikola Anelka karyerasını başa vurub.

Fransız hücumçu komandanın son məşqindən sonra bu barədə klub rəhbərliyinə müraciət edib.

34 yaşlı hücumçunun bu ani qərarı nə səbəbdən verdiyi hələ də məlum deyil. Ona görə ki, o “Vest Bromviç”lə iki illik müqavilə imzalamışdı.

Qeyd edək ki, “Arsenal”, “Real” PSJ, “Çelsi”, “Fənərbaxça” kini klublarda çıxış etmiş Anelka son olaraq Çin təmsilçisi “Şanxay Şenşua”dan “Vest Bromviç”ə transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43