“Millimiz təəssüflər olsun ki, “Avro-2016″nın seçmə mərhələsində indiyə kimi xal qazanmayıb. İnanıram ki, Norveçə qarşı matçda üç xal üçün meydana çıxacağaq. Qrupdan çıxmaq istəyiriksə, sabah qalib gəlməliyik”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov millimizin “Avro-2016″nın seçmə mərhələsində Norveçlə oyun öncəsi jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi bildirib ki, hazırda 16 məşqçi ilə danışıqları davam etdirirdiklərini və bu siyaıda Qurban Qurbanovun olmadığını bildirib:
“Bu ilin sonuna kimi millinin yeni baş məşqçisinin adına aydınlıq gələcək. AFFA-nın İcraiyyə Komitəsindən heç kəs nə, Qurban Qurbanovun, nə də hər hansı yerli məşqçinin namizədliyini irəli sürdü”.