Benjamin Mendi “Mançester Siti”dən 11.5 milyon avro tələb etməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu 2021-ci ilin avqustundan 2023-cü ilin iyununa qədər qanuni mübarizəsi və həbsi səbəbindən fransalı futbolçuya maaş verməyib. 29 yaşlı oyunçu indi bu məbləği tələb etmək niyyətindədir.
Mendi 2017-ci ildə 57 milyon avroya “şəhərlilər”ə transfer olub. O, bu müddətdə cəmi 75 oyuna çıxıb.