Dünya futbolu

“Mənə biraz güvənsəydi, hər şey tamam fərqli ola bilərdi”

“Arsenal”dan 8 milyon avro qarşılığıda “Roma”ya keçən Cervinyo keçmiş komandasının çalışdırıcısı Arsen Venger haqda danışıb.

O, açıqlamasında Vengerin ona güvənmədiyini bildirib:

“Son zamanlar az-az meydana çıxırdım. Özümü inkişaf etdirmək üçün zamana ehtiyacım var idi. Venger mənə güvənmirdi. “Arsenal”dakı mövqeyimdən məmnun deyildim. Mənə biraz güvənsəydi, hər şey tamam fərqli ola bilərdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43