Kateqoriyasız

Mərdəkanda gərginlik davam edir: Kardoso əvəzlənməsini tələb etdi

Hal-hazırda davam edən “Xəzər Lənkəran” – “Neftçi” matçında gərginlik son həddə çatıb.

İdmanxeber.com-un məlumatına görə, baş hakim “Neftçi”nin futbolçusu Karlos Kardosoya sarı vərəqə göstərib. Futbolçu bu qərarla razılaşmayıb və baş məşqçidən onu əvəzləməsini tələb edib. Sonradan “Neftçi” futbolçuları Kardosonu bu fikirndən daşındıra biliblər.

Qeyd edək ki, matçda artıq üç futbolçu meydandan uzaqlaşdırılıb. Bunlar “Neftçi”dən Emil Balayev və Elnur Allahverdiyev, “Xəzər Lənkəran”dan isə Tounkaradır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43