Türkiyə millisinin üzvü Merih Demiral UEFA tərəfindən cəzalana bilər.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb futbolçunun Avro-2024 1/8 final mərhələsi çərçivəsində qalib gəldikləri Avstriya görüşündən (2:1) sonra etdiyi jest olub. Belə ki, müdafiəçi matçın ardından tribunalara “Bozqurd” işarəsi edib.
Bu səbəbdən UEFA məsələ ilə bağlı araşdırma başlatdığını açıqlayıb. Qərarın yaxın günlərdə veriləcəyi bildirilir.