Mersedes komandası 2024-cü il maşını W15-i bu gün rəsmən təqdim edib.
İdmanxeber.az-ın məlumatına görə, W15 təqdimatdan dərhal sonra trasa çıxarılacaq. Həm Corc Rassell, həm də Lyuis Həmilton yağışlı Silverstounda maşını 15 kilometr sürəcəklər. Testlərdən bir gün əvvəl isə Bəhreyndə çəkiliş günü təşkil ediləcək və sürücülər maşını 200 kilometr sürəcəklər.
Komanda keçən il zəif performans göstərəndən sonra texniki heyətdə yeniliklər edib. Ceyms Allison texniki direktorluğa geri qayıdıb və Mayk Elliottu əvəz edib.