Ölkə futbolu

Mert Çelik “Səbail”də – RƏSMİ

Azərbaycan U-21 millisinin sabiq müdafiəçisi Mert Çelikin “Səbail”ə keçidi rəsmiləşib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, onunla 1 illik müqavilə imzalayıb. 

U-21 yığmamızın heyətində 7 qarşılaşmada 1 qola imza atmış 24 yaşlı futbolçu komandada 20 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Səbail” daha əvvəl Fərid Nəbiyev, Nihat Quliyev, Vüsal Məsimov, Amir Bilali, Dmitri Litvin, Qorka Laruççanı transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43