”Qalatasaray”ın oyunçusu Dris Mertensə Səudiyyə Ərəbistanından cömərd bir təklif gəlib.
İdmanxeber.az-ın məlumatına görə, belçikalı oyunçu bu təklifi qəbul etməyib. 36 yaşlı futbolçu mövsümü “sarı-qırmızılar”da tamamlamaq istəyir.
Mertens bu mövsüm bütün turnirlərdə 33 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.