18 Oktyabr 2024
Kateqoriyasız

Məşhur Fransa qəzeti “Qarabağ”a görə üzr istədi

Noyabrın 6-da Fransada fəaliyyət göstərən “L’Equipe” qəzetində Azərbaycan Respublikasının “Qarabağ” futbol klubu ilə əlaqədar təhrif edilmiş məlumatın verildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən məsələnin araşdırılması və lazımı tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyinə təlimat verillib.

İdmanxeber.com-un “Trend.az”a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi tərəfindən bu narahatlıq doğuran məsələ qəzetin baş redaktoru Fabrice Jouhaudun qarşısında qaldırılıb.

Qəzetin Baş redaktoru Fabrice Jouhaud bu məsələnin təəssüfedici səhv olduğunu etiraf edərək, Azərbaycan cəmiyyəti və “Qarabağ” futbol klubunun azarkeşləri tərəfindən həssaslıqla qarşılanan bu yazıya görə üzr istəmiş və səhvin aradan götürüldüyünü bildirmişdir.

Qeyd edək ki, Fransanın “L’Equipe” qəzetində “Qarabağ” klubu Ermənistan komandası kimi təqdim edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43