“Arsenal”ın fransalı futbolçusu Bakari Sanya yayda klubdan ayrılacaq.
İdmanxeber.com-un məlumatına görə, futbolçunun bu addımı atmasına səbəb ona təklif olunan yeni müqavilədə göstərilən məbləğdi. Belə ki, “topçular” ona həftəlik 100 min avro qarşılığında 2+1 illik müqavilə təklif edib. Lakin Sanya həftəsinə 120 min avro istəyir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilməyiblər.
Futbolçu London klubu ilə yeni müqavilə imzalamasa onunla maraqlanan “Çelsi”, “Mançester Siti” və ya PSJ klublarından birinə keçəcək.