“Dnepr” klubunun futbolçusu Yevgeni Konoplyanka Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanmalarından danışı.
İdmanxeber.com-un məlumatına görə, Dnepropetrovski təmsilçisinin lideri Bakıda qol olduğunu eşitdiyində keçirdiyi hissləri açıqlamasına əlavə edib:
“Öncə Azərbaycandakı oyunun necə başa çatdığından xəbərimiz yox idi. Sonradan xəbər gəldi ki, “Qarabağ” “İnter”ə qol vurdu. Bunu eşidən kimi dərhal göz yaşlarım axmağa başladı. Amma sonradan qolun sayılmadığını xəbər verdilər. Həmin an mən sanki Çempionlar Liqasını qazanmışdım”.