Muğam müsabiqəsinin laureatı, Opera və Balet Teatrının solisti Elnur Zeynalov Vürqar Nadirovun “Qarabağ” klubundan ayrılmasına münasibət bildirib.
İdmanxeber.com-un məlumatına görə, o, Nadirovun bu formada komandadan uzaqlaşdırılmasına kəskin şəkildə etiraz edib:
“Qarabağ” klubunda Tural İsgəndərov adlı futbolçu tanıyırsınız? Oynamaya-oynamaya illik də alır, maaş da. Nədən Vüqar Nadirova az pul təklif edib, onun getməsinə şərait yaradılır? Gəlin susmayaq, dostlar. Bu klub onların deyil, ağdamlılarındı, qarabağlılarındı, Azərbaycanımızındı. Bu klubu yaradan, ağır günündə öz hesablarına saxlayan insanlar olub. Orada bir nəfər ağdamlımız var idi. Onu da bu yolla yola saldılar saqqallılar. Bir neçə futbolçu var ki, oynamaya-oynamaya maaş alırlar, hər şeyi bilirik”.
Qeyd edək ki, Tural İsgəndərov “Qarabağ”ın baş məqçisi Qurban Qurbanovun bacısı oğludur.