Bugün “Qarabağ”ın səhər məşqində Azərbaycan Futbol Federasiyası Assosiasiyasının Məşqçilər Komitəsinin üzvləri komandanın qonağı olmuşdur.
İdmanxeber.com-un məlumatına görə, Şahin Diniyev, Ağasəlim Mircavadov, Vaqif Sadığov və Şakir Qəribov komandanın düşərgəsində olub və səhər məşqini izləyiblər. Məşqdən sonra Qurban Qurbanovla söhbət edən Məşqçilər Komitəsinin üzvləri ikinci mövsümdə komandaya uğurlar arzulayıblar.