Milli komanda

Məşqçilərimiz Antalyada klublarımızı ziyarət etdi

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klublarının və yığma komandaların hazırlıq prosesini yaxından izləmək məqsədilə Antalya şəhərində səfərdə olan millimizin məqşçiləri Elxan Abdullayev, Draqan Spasiç və Qordan Tsipriç “İnter” klubunun məşqini izləyib.

“Neftçi” klubunun hazırlıq prosesi barədə məlumat almaq üçün isə Mahmud Qurbanov və Faiq Əzizov komandanın məqşçiləri ilə görüşüb, sonra isə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının məşqində olublar. Mahmud Qurbanov və Draqan Spasiç “Qarabağ” klubunun da məşqini izləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43