“Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ” və Avroliqa təmsilçimiz “Neftçi” klubunun oyunlarını izləməyə millimizin baş məşqçiləri də gedəcək.
İdmanxeber.com-un məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Aslan Kərimov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək “Zalsburq” (Avstriya) – “Qarabağ” oyununu, Mahmud Qurbanov isə Avropa Liqasının təsnifat mərhələsinin “Çixura” (Gürcüstan) – “Neftçi” qarşılaşmasını izləyəcək.
Qeyd edək ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.