Ölkə futbolu

Məşqçilərimiz rəqiblərimizin oyununu izləyəcək

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin F qrupunda sentyabrın 10-da Lüksemburq şəhərində keçiriləcək Lüksemburq – Şimali İrlandiya oyununu Aslan Kərimov, həmin gün Sankt-Peterburq şəhərində keçiriləcək Rusiya – İsrail qarşılaşmasını isə Nazim Süleymanov izləyəcək.

Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsində millimiz oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43