22 Oktyabr 2024
Dünyadan

Messi 2016-cı ilin ən yaxşı pleymeykeri seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı pleymeykerinin adını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, federasiya tərəfindən keçirilən sorğunun qalibi İspaniyanın “Barselona” futbol klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi olub. Belə ki, Messi 172 səs toplayıb. İkinci yeri “Barselona”nın digər üzvü Andres İnyesta (66), üçüncü pilləni isə “Real” komandasının və Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos (45) tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43