Mesut Özilin ardınca, dünya ulduzu Lionel Messi də Bakıya gələ bilər.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə news24.az-a ABŞ-da yaşayan azərbaycanlı Yura Davidov bildirib.
Onun sözlərinə görə, hazırda dünyaca məşhur şirkətlərdən biri möhtəşəm reklam çarxı çəkmək istəyir. Bu işə tanınmış futbolçu və müğənnilərin cəlb edilməsi gözlənilir:
“Hazırda reklam hazırlıqlarına başlanması üçün fikr mübadiləsi aparılır.
Reklamda əsasən ABŞ-da çıxış etmiş futbolçulardan bir neçəsinin çəkilməsi ehtimal olunur. Onlar Lionel Messi, Zlatan İbrahimoviç, Stiven Cerrard, Bastian Şvaynştayger kimi dünya ulduzlarıdır.
Çox güman ki, bu futbolçuların arasından seçim ediləcək. Reklam çarxının özəl tərəfi isə qədim şəhərlərdə çəkilməsi olacaq.