Dünyadan

Messi “Barselona”nı pis vəziyyətdə qoydu, “Mançester Siti” bu durumda katalonlara qiymət oxudu

“Barselona” “Mançester Siti”nin forvardı Kun Aqueronu transfer etmək niyyətindədi.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu argentinalı hücumçunu transfer etmək üçün İngiltərə klubunun qapısını döyüb. Lakin “şəhərlilər” Aqueroya görə, “Barsa”dan 70 milyon avro istəyib. Təbii ki, bu qiymət “Barsa”nıl razı sala bilməz. 

Hazırda İspaniya nəhəngi Auqeronun transferi üçün başqa planlar cızır. Bu keçiddə “Barselona”nın bu qədər israr etməsinin səbəbi Messidi. Belə ki, Messi rəhbərliyə “Barselona”da millidəki komanda yoldaşı Aquero ilə birgə oynamaq istədiyini bildirib.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43