Lionel Messinin “Barselona” gələcəyə təqdirdə qazancı azala bilər.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu argentinalını transfer etməkdə isirarlıdır. Ancaq maliyyə durumunun yaxşı olmayan “Barselona” Messi üçün maksimum illik 25 milyon avro maaş verə bilir.
Bu isə Leonun “Əl-Nəsr”də forma geyinən Kristiano Ronaldondan 8 dəfə az qazanması demək olacaq. Çünki portuqaliyalı futbolçunun hazırkı qazancı illik 200 milyon avrodur.
Messinin PSJ ilə müqaviləsi mövsüm sonu başa çatacaq.