Dünya futbolu

Messi İspaniyanın ən yaxşısı seçildi

İspaniya La Liqasında aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.

“Barselona”nın lideri Lionel Messi hamını qabaqlayıb. 6 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan argentinalı hücumçu ötən ayın ən yaxşı futbolçusu adına layiq görülüb.

Ən yaxşı məşqçi isə “Malaqa”nın çalışdırıcısı Miçel Qonzales seçilib. Komanda onun rəhbərliyi altında keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43