“Bavariya”nın hücumçusu Tomas Müller karyerasını Amerikada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “İnter Mayami” futbolçunun xidmətində maraqlıdı. Lionel Messinin çıxış etdiyi klub Mülleri rənglərinə bağlamaq istəyir.
Futbolçunun “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Messinin özü də almaniyalını razı salmağa çalışacaq.