Lionel Messi PSJ ilə yeni müqavilə bağlamağa müsbət yanaşmır.
İdmanxeber.az nüfuzlu “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, çərşənbə günü futbolçunun atası Xorxe Messi ilə PSJ rəhbərliyi arasında görüş olub. Nəticədə tərəflər razılığa gələ bilməyiblər.
Aergentinalı oyunçu Paris təmsilçisinin bir illik yeni sözləşmə təklifindən imtina edib. Yaxın günlərdə Messi ilə PSJ arasında daha bir görüşün baş tutacağı gözlənilir.
Mənbə onu da qeyd edir ki, ulduz futbolçunun Fransada qalmaq niyyəti yoxdur. O, qəsdən rəhbərliklə razılığa gəlmir. Buna səbəb Leonun karyerasını Amerikada davam etdirmək istəməsidir. O, “İnter Mayami”yə transfer olmaq niyyətindədir. 35 yaşlı futbolçunun Avropa karyerasını sonlandırdığı bildirilir.
Messi cari mövsüm PSJ-nin heyətində 26 oyunda 15 qol vurub, 14 assist edib.